0

“SOCAR”-ın vitse-prezidenti İkram Rəhimovu məhkəməyə verdi - Səbəb, “Az-Granata” MMC-də baş verən özbaşınalıqla bağlı yazıdır

Baxış: 1 160
Baş redaktor: “Mən inanıram ki, məhkəmədə qalib tərəf biz olacağıq”

Bu gün aldığımız məlumatda bildirilir ki, “Az-Granata” MMC-nin rəhbərliyi və SOCAR –ın vitse-prezidenti Mikayıl İsmayılov “Realliq.info” saytını məhkəməyə verib. Buna səbəb “Realliq.info” saytında bir müddət öncə dərc olunan “”Az-Granata” MMC-nin məhsulları insan həyatı üçün təhlükəlidir” başlıqlı yazıdır. Yazıda MMC-nin Ağsuda yerləşən spirtli içkilər və şirə istehsal edən məhsullarını insan həyatı üçün yaratdığı təhlükədən və zavod rəhbərliyinin və M.İsmayılovun ölkə qanunlarına sayğısızlığından bəhs olunur. Yazıda qeyd edilir ki, “Az-Granata” MMC-nin zavodunda istehsal olunan içkilərin üzərinə yazılan adlar Azərbaycan dilində qeyd edilmir və bununlada qanunlar pozulmaqdadır. Bundan başqa zavod rəhbəri Nazim Babayev işçi kollektivini əmək müqaviləsiz işlədir və istehsal olunan içkilərin sayını dövlət vergisindən gizlədir. Bununla yanaşı saytda dərc edilən yazıda bildirilir ki, Nazim Babayev tabeçiliyində olan işçilərə qeyri etik davranır və narazılıq edənləri işdən qovmaqla hədələyir. 

Xatırladaq ki, “Az-Granata” MMC-nin zavodunda istehsal edilən məhsuların adları Azərbaycan dilində yazılmaması həqiqətdir. Zavod rəhbəri N.Babayevin “SOCAR”ın vitse-prezidenti Mikayıl İsmayılovun dayısı oğlu olması onun qanunsuz əmələrini ört-basdır edilməsində mühüm rol oynayır. Adı çəkilən şəxsdən dəfələrlə şikayət olunmasına baxmayaraq, Nazim Babayevə heç bir cinayət işi açılmamış və onun qanunsuz əmələrini davam etməsinə şərait yaradılmışdır. 

Hazırda “Realliq.info” saytının Mikayıl İsmayılov və Nazim Babayev tərəfindən məhkəməyə verilməsi ilə bağlı media qurumunun rəhbəri İkram Rəhimovun fikirlərini öyrəndik. İ.Rəhimov məsələ ilə bağlı bildirdi ki, “Az-Granata” MMC-nin rəhbərliyini yazı ilə bağlı məhkəməyə müraciət etməsi onların hüququdur və əlimizdəki faktların məhkəmədə arşdırılması yaxşı haldır: “Realliq.info saytının məhkəməyə verilməsini bu gün MMC-nin hüquqşunası Şəfa xanımdan eşitmişəm. Realliq.info saytında “Az-Granata” MMC barəsində dərc edilən tənqidi yazılardan sonra mənə bir sıra təkliflər olundu. Lakin onların qanunsuz təkliflərindən imtina etdiyim və araşdırmaların davam etdirəcəyini bildirdiyim üçün zavod rəhbərliyi bizi məhkəmə ilə susdurmaq istəyini ortuya qoydu. Bizdə məhkəmənin təyin etdiyi vaxtda proseslərə qatılacağıq və zavodun rəhbərliyinin qanunsuz əmələrinin ifşa olunmasına çalışacağıq. Ümid edirəm ki, bundan sonra “Az-Granata” MMC-nin himayədarı olan M.İsmayılovun və onun dayısı oğlu zavodun rəhbəri N.Babayevin Realliq.info-da dərc olunmuş və olunacaq faktlara hüquqi qiymət veriləcək, ölkə qanunlarına hörmətsizlik edənlər cəzalandırılacaq. İnşallah qalib tərəf biz olacağıq”.

Sonda aldığımız məlumatda bildirilir ki, “Az-Granata” MMC ilə bağlı ölkə mdiasının bir qrup jurnalisti araşdırmalara başlayıb və yaxın günlərdə zavod rəhbərliyinin qanunsuz əməlləri ilə bağlı geniş yazıların dərc ediləcəyi gözlənilir.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz