0

Daha bir azərbaycanlı qız erməniylə evləndi

Baxış: 659
Rusiyada yaşayan və Azərbaycan əsilli olduğu iddia olunan qız erməni ilə ailə həyatı qurub.  AZXEBER.COM xəbər verir ki, Azərbaycan əsilli olduğu iddia olunan Ulduz adlı qız erməni əsilli Melkonyan Serqey İqoroviçlə ailə həyatı qurub. Rusiyada fotomodel olaraq çalışan qızın Mahaçqala şəhərində anadan olduğu və ailəsinin azərbaycanlı olduğu bildirilib. Cütlük evlilik şəkillərini sosial şəbəkədə paylaşıblar. Sənəddə Serqey Melkonyanın Azərbaycanın  keçmiş Xanlar (indiki Göygöl) rayonunda anadan olduğu qeyd edilib. Hər iki şəxs Rusiya vətəndaşıdır.  Qeyd edək ki, bir müddət öncə Rusiyada yaşayan Leyla adlı azərbaycanlı qız erməni oğlanla ailə qurmuşdu. Artyom Xaçaturyanla evli olan Leylanın bir qız övladı da var. Bu evlilik də bir müddət sosial şəbəkələrdə ciddi etirazlara səbəb olmuşdu. 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz