0

Müstəqil hüquqşünaslara şad xəbər

Baxış: 313

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasının gündəliyindən çıxarılıb.

Press-az.com-un məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, qanun layihəsinin hazırlanması gecikib, ona görə də gündəlikdən çıxarılıb.

Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Bundan başqa, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.
Həmçinin, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi də gündəlikdən çıxarılıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz