0

Elşad Xose Raufu biabır etdi: "Bilsəm belə edəcəksən ..."

Baxış: 3 148
"Maşın” şounun dünənki, buraxılışı da gərgin anlarla yadda qalıb. Səsverməyə çıxan reper Rauf Əhmədov seçimi ilə hər kəsi təcübləndirib. Oyun başlayandan sona kimi əməkdar artist Mehriban Xanlarova ilə mübarizə apardığını deyən reper sonda aparıcı Zemfira Adıgözəlovanı oyundan uzaqlaşdırıb. Raufun efir zamanı maşın ətrafında dayanan bəzi həmkarlarına qarşı kobud rəftarı da diqqətdən yayınmayıb. Reperə ən çox dəstək verən şəxs həmkarı Elşad Xose olub. O hətta "Xanımlar bu gün Raufu sındırmaq istəyirlər amma bacarmayacaqlar. Onun mənim kimi dostu var”- qeyd edib. Press-az.com xəbər verir ki, reper Elşad Xose sosial şəbəkədə Rauf dəstək olmasından peşman olduğun bildirib: "Raufa dəstək olan hər kəsə təşəkkürlərimi bildirirəm. Amma bilsəydim ki, Rauf belə addım atacaq boşuna səs istəməzdim. Çünki Rauf istədiyim səslərə layiq deyildi.”
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz