0

“Gürcüstan işi; Təqiblər, Həbslər və Mövcud Reallıqlar” adlı Hesabat yerli və beynəlxalq ictimaiyyətə təqdim olunacaq

Baxış: 505

Nəhayət, "Gürcüstan işi" ilə bağlı hazırladığımız Hesabat təqdimata hazırdır. Bu barədə məlumatı Siyasi Məhbusların Müdafiyə Mərkəzinin kordinatoru Oktay Gülaliyev Press-az.com-a bildirib. Hesabat haqqında Press-az.com-a Oktay Gülaliyev bildirib ki,  qonşu ölkədə bu ilin əvvəllərindən başlayaraq Azərbaycan hakimiyyətinin apardığı repressiya siyasəti, bu siyasətin qurbanları olmuş -Mehman Qələndərov ,Fərman Ceyranlı, Gözəl Bayramlı, Əfqan MuxtarlI, Daşqın Aghalarlı və digər soydaşlarımızla bağlı detallı, ətraflı məlumatlar yer alıb.

Sabah (artıq bu gün), 12 oktyabr saat 12- də “Gürcüstan işi; Təqiblər, Həbslər və Mövcud Reallıqlar” adlı Hesabat 3 dildə- Azərbaycan türkcəsində, ingilis və rus dillərində yerli və beynəlxalq ictimaiyyətə təqdim olunacaq. Hesabat Siyasi Məhbusların Müdafiə Mərkəzi (SMMM) tərəfindən hazırlansa da ,nəşrin ərsəyə gəlməsində digər insanlar da iştirak edib və fürsətdən istifadə edib onlara təşəkkür edirəm!

Dostlar, hər birinizi Hesabatın təqdimatında iştirak etməyə, onun yayılmasında və dərcində fəal olmağa çağırıram. Unutmayaq ki, "Gürcüstan işi" ilə bağlı bir çox dostlarımız həbsdə, xeyli insanlar isə təqib altındadır. Belə sənədlərin hazırlanması və yayılması həm də onlara dəstəkdir.

Qeyd; Hesabatın təqdimatında iştirak etmək istəyənlər tədbirin ünvanı ilə bağlı Oktay Gülalıyevin inboxna  yazsınlar.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz