0

Yeni nəqliyyat növü istifadəyə verildi: Yalnız qadınlar istifadə edəcək

Baxış: 1 103

Türkiyənin Malatya şəhərində yeni növ trolleybuslar istifadəyə verilib.

Publika.az xəbər verir ki, bu tolleybuslardan yalnız qadınlar istifadə edəcək.

Çəhrayı fonda çobanyastığı çiçəyi ilə bəzədilmiş bu trolleybusların sürücüləri də qadınlar olacaq. Şəhər bələdiyyəsindən yeni nəqliyyat növü ilə bağlı verilən açıqlamada bu təşəbbüsün qadınların daha rahat və təhlükəsiz hərəkət edə bilməsi üçün həyata keçirildiyi bildirilib.

Bələdiyyə nümayəndləri təklifin zərif cinsin nümayəndələrindən gəldiyini də qeyd edib.

Yeni nəqliyyat sistemi ilk dəfə 18 sentyabrda işə salınıb. Bu torlleybusların hansı məqsədlə işlədiyindən xəbərsiz olan kişilər ondan istifadəyə etməyə çalışsalar da, trolleybusa minərkən bir anda şoka düşüb və dərhal nəqliyyatı tərk ediblər.

Eksperiment Türkiyədə böyük rezonans doğurub. Bu yeniliyə dəstək verənlərlə yanaşı, qarşı çıxanlar da olub. Bəzi qadınlar yeniliyi müsbət qarşılasalar da, bəziləri düşünür ki, artıq ümumi trolleybuslardan istifadə edən qadınlar cəmiyyətdə birmənalı qarşılanmayacaq.

Yeni tolleybuslar sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. Bir çox istifadəçilər yeniliyin Türkiyənin demokratik və dünyəvi qanunlarına zidd olduğunu vurğulayıb.

Qeyd edək ki, bu təşəbbüs keçən il sentyabr ayında baş verən hadisədən sonra irəli sürülüb. Belə ki, İstanbul şəhərində Abdulla Çakıroğlu adlı vətəndaş qısa şort geyindiyi üçün gənc qadına fiziki təcavüz etmişdi. Gənc qadın onu haqsız yerə vurduğu üçün Abdullanı məhkməyə vermişdi. Məhkəmə isə dini dəyərlərinə görə başqasının şəxsiyyətini təhqir edən təcavüzkarı 3 il 10 ay müddətinə həbs cəzasına məhkum etmişdi.

Zümrüd

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz