0

(IMO) Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdikləri yoxlamanınnəticələri açıqlandı

Baxış: 140

Böyük Britaniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında təşkilatın Baş katibinin köməkçisi və Üzv dövlətlərin Auditi və implementasiya üzrə dəstək şöbəsinin direktoru Laurens Barşyu ilə görüşüb.

Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Press-az.com verilən məlumata görə, Beynəlxalq Dəniz Təşkilatının Baş katibinin köməkçisi və Üzv dövlətlərin Auditi və implementasiya üzrə dəstək şöbəsinin direktoru Laurens Barşyu Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun bu ilin 28 may-6 iyun tarixlərində Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdikləri yoxlamanın nəticələrinə görə, Azərbaycan Respublikasının 172 dünya dəniz dövləti sırasında ən qabaqcıl dövlətləri geridə qoyaraq statistika üzrə ön sırada yer tutmasını mühüm və vacib bir məqam kimi vurğulayıb.

Qlobal problemlərin tüğyan etdiyi, iqtisadi böhranın yaşandığı dünya ölkələrindən fərqli olaraq bu gün Azərbaycanın stabil, təhlükəsiz, inkişaf edən dövlət olduğunu deyən Laurens Barşyu audit yoxlaması nəticəsində əldə edilən uğurlu nəticənin nümunə olacaq vacib amil kimi dəyərləndirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün sahələrə olduğu kimi dənizçilik sahəsinə və dənizçilərə göstərdiyi diqqət və qayğının nəticəsində əldə edilən uğurlardan danışan nümayəndə heyəti dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə il ildən artdığını vurğuladı.

Görüşdə qeyd olundu ki, dənizçilik sahəsində bundan sonra da qanunvericiliyin təkmilləşdirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi sisteminin effektivliyinin artırılması, dəniz nəqliyyatı sahəsində Beynəlxalq Dəniz Təşkilatının konvensiyalarının tələblərinə riayət olunması istiqamətində daha vacib işlər görüləcək. Artıq bu istiqamətdə müəyyən layihələrin hazırlandığını deyən nümayəndə heyəti bildirdi ki, layihələrin reallaşması dənizçilik sahəsinin inkişafına öz töhfəsini verəcək.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz