0

“Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzsunuda tədbir keçirilmişdir

Baxış: 530

21 iyun 2017-ci il tarixdə Bərdə RİH-nin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda Bərdə rayon Qarağacı kənd tam orta məkəbdə tədbir keçirilmişdir. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla İş şöbəsinin müdiri Əliheydər Zülfiqarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Rahib İbrahimov və Fuad Şirinov, Bərdə RİH-nin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, rayon ictimaiyəti, məktəbin müəllim və şagird heyəti, gənclər və ziyalılar iştrak etmişdirlər.
Tədbiri Bərdə RİH-nin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov açıq elan etmiş, qonaqları təqdim etmiş və mövzu ilə bağlı çıxış etmişdir. Mövzu ilə bağlı çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla İş şöbəsinin müdiri Əliheydər Zülfiqarov, tolerant, multikultural və İslam həmrəyliyi ideyalarının gənclərə aşılanmasının əhəmiyyətini vurğulamış, radikal düşüncələrin cəmiyyətdə yayılmasına, xüsusən də gəncləri təsir altına salmasına qarşı mübarizənin vacibliyini qeyd etmişdir. Əliheydər Zülfiqarov həmçinin, dini radikalizmi yaradan səbəblər, radikal ideyaların yayılma yolları, radikalizmə qarşı mübarizə vasitələri barədə ətraflı məlumat vermiş, o cümlədən qanunvericilikdə bununla bağlı nəzərdə tutulmuş müddəaları tədbir iştrakçılarının nəzərinə çatdırmışdır.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev həm ölkə daxilində, həm də ölkə xaricində həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan bir çox məsələlərdə dünyaya nümunə dövlətə çevrilməsindən, beynəlxalq aləmdə yüksək etimada malik dövlətlər sırasında yer almasından bəhs etmiş, radikalizmin qarşısının alınması istiqamətində görülmüş tədbirləri xüsusi vurğulamışdır. Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov İslam həmrəyliyi ili çərçivəsində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyyətini qeyd etmiş, bu il baş tutmuş IV İslam Oyunlarında əldə etdiyimiz yüksək nəticələr barədə məlumat vermiş, eyni zamanda bu uğurların gənc nəslin radikalizmdən uzaq mühitdə inkişafına müsbət təsir etdiyini bildirmişdir. Azərbaycanda bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin bir-birinə hörmətlə yanaşmasından bəhs edən Bərdə şəhər Cümə məscidinin axundu Ramazan Hüseynov, malik olduğumuz milli-mənəvi dəyərlərimizin təbliğatını genişləndirməklə İslam dininə zidd olan radikal düşüncələrə qarşı mübarizəyə daha çox töhfə verməyin mümkün olduğunu bildirmişdir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz