0

Mehman Qələndərovun 40 mərasimi keçiriləcək

Baxış: 336

Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə həyatına son qoyulan siyasi məhbus Mehman Qelenderovun ölümündən 40 gün keçir. Təəssüf ki, ötən müddət ərzində onun ölümünə bais olanlar ifşa olunub cəzalandırılmaq əvəzinə bu istiqamətdə hər hansı araşdırma aparılmır.
Bunu Press-az.com-a tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib. O, bildirib ki, baş verənlərin özü bir daha onu göstərir ki, Mehmanın şərlənib həbs olunmasında iştirak edənlər onun ölümündə və bu cinayətin açılmamasında əlaqəli şəxslərdir.
Amma biz Mehman Qelenderovu unutmadıq, onunla bağlı baş verənlərin araşdırılması istiqamətində çalışmalarımızı davam etdiririk. Onun fəaliyyəti, həbsi və müəmmalı ölümü ilə bağlı yaxın günlərdə geniş və əhatəli bir sənədi müzakirəyə təqdim edəcəyik.
Sabah (artıq bu gün- red.), 09 iyunda isə yaxın əqidə dostları ilə birlikdə onun 40 mərasimini keçirəcəyik. Anım mərasimi saat 20.00- da başlayacaq. İştirak etmək istəyənlər əlaqə saxlaya bilər -https://www.facebook.com/gulaliyev.o .
Allah Mehman Qelenderova rəhmət etsin!

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz