0

Sənan Qurbanov: “Proqres”lə matçadək vaxtımız azdır

Baxış: 257

Sənan Qurbanov: “Proqres”lə matçadək vaxtımız azdır

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatması barədə fikirlərini açıqlayıb. 

Press-az.com xəbər verir ki, 38 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında “Qəbələ”nin Lüksemburqun “Proqres” klubu ilə oyunlardakı şanslarını dəyərləndirib:

“Püşkatmadan öncə beş mümkün rəqibimiz var idi. Bunlar təxminən eyni səviyyəli, oxşar komandalar idi. Püşkün nəticəsinə görə “Proqres”lə qarşılaşacağıq. Lüksemburq təmsilçisi ötən mövsüm Şotlandiyanın “Reyncers” klubunu mübarizədən kənarlaşdırıb. “Proqres” kifayət qədər ciddi rəqibdir. Ümumilikdə hazırki durumda şanslar bərabərdir. Püşkdən sonra hazırlıq planlarımız buna uyğun şəkildə qurulacaq.

Rəqib barədə gündəlik məlumatlar toplanacaq. Bizim üçün Cavid Hüseynovun yoxluğu ciddi itkidir. Bəzi mövqelərdə boşluqlarımız var. Bu boşluğu yeni futbolçu və ya futbolçularla doldurmağa çalışacağıq. “Proqres”lə matçadək vaxtımız azdır. Hər gün, hər məşq vacibdir. İlk oyunun evdə və ya səfərdə keçirilməsi üstünlük deyil. Birinci növbədə komandanın hazır olmasıdır. Bu təlim-məşq toplanışında yaxşı oyun formasını yığmalıyıq”.

Qeyd edək ki, “Qəbələ” ilk oyununu iyulun 12-də Lüksemburqda keçirəcək. Cavab oyunu bir həftə sonra Bakıda olacaq.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz